Ağdərədən üzücü xəbər gəldi

saytların hazırlanması

Evə çatdırılma

Ağdərədən üzücü xəbər gəldi

Hadisə

26 Aprel 2026 14:30 172


Aprelin 26-da işğaldan azad edilmiş Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində mina hadisəsi baş verib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluğu və Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri məlumat yayıblar.

Qeyd olunub ki, 1967-ci il təvəllüdlü Xocalı rayonu, Yenibinə kənd sakini Vüqar Salah oğlu Əhmədov keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!