Deputatın həyat yoldaşının rəhbərlik etdiyi banka sanksiya qoyuldu

saytların hazırlanması

Evə çatdırılma

Deputatın həyat yoldaşının rəhbərlik etdiyi banka sanksiya qoyuldu

İqtisadiyyat

26 Aprel 2026 10:51 1063


Avropa İttifaqının Rusiyaya qarşı qəbul etdiyi 20-ci sanksiyalar paketində Azərbaycanda fəaliyyət göstərən maliyyə qurumu da hədəfə alınıb.

“Yeni Sabah” Bakupost.az-a istinadla xəbər verir ki, sanksiya siyahısına daxil edilən “Yelo Bank” qərarın Rusiya maliyyə mesajlaşma sistemi ilə bağlı olduğunu təsdiqləyib.

Rəsmi məlumata görə, yeni sanksiya paketi Rusiyanın Ukraynaya qarşı müharibə aparmaq imkanlarını zəiflətməyə yönəlib və maliyyə, enerji, ticarət, nəqliyyat və texnologiya sahələrini əhatə edir.

“Yelo Bank” aprelin 24-də yaydığı açıqlamada fəaliyyətinin Azərbaycan qanunvericiliyinə və beynəlxalq sanksiya rejimlərinə uyğun qurulduğunu bildirib.

Bank qeyd edib ki, qərar “banklararası maliyyə mesajlaşma sistemindən istifadəyə dair texniki xarakter” daşıyır.

“Yelo Bank”ın İdarə Heyətinin sədri Anar Həsənovdur. O, bu vəzifəyə 2021-ci il yanvarın 5-də təyin olunub. Həsənov deputat Sevinc Fətəliyevanın həyat yoldaşıdır. Fətəliyeva Milli Məclisin rəsmi məlumatına əsasən, 30 saylı Suraxanı birinci seçki dairəsindən ikinci çağırış deputatıdır və Yeni Azərbaycan Partiyasını təmsil edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!