Türkiyədə iki zəlzələ: 40 dəqiqə fərqlə baş verdi

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə iki zəlzələ: 40 dəqiqə fərqlə baş verdi

Hadisə

26 Aprel 2026 11:02 914


Türkiyədə aprelin 26-da səhər saatlarında ard-arda iki zəlzələ baş verib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı AFAD və Kandilli məlumatlarına istinadən məlumat yayıb.

Bildirilib ki, ilk yeraltı təkan saat 08:01-də Yedisu rayonunda qeydə alınıb. Zəlzələnin gücü 4,4 bal, dərinliyi isə 7 kilometr olub.

Təxminən 40 dəqiqə sonra, saat 08:41-də ikinci zəlzələ Sındırgı bölgəsində baş verib. Bu dəfə yeraltı təkanların gücü 3,1 bal, ocağının dərinliyi isə 14,93 kilometr təşkil edib.

Məlumata görə, hər iki zəlzələ ilə bağlı dağıntı və ya xəsarət alanlar barədə rəsmi məlumat verilməyib.

Qeyd edək ki, Türkiyə seysmik cəhətdən aktiv bölgədə yerləşdiyi üçün ölkədə tez-tez müxtəlif gücdə zəlzələlər qeydə alınır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!