Ərdoğandan ABŞ-dakı silahlı insidentə   REAKSİYA

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğandan ABŞ-dakı silahlı insidentə REAKSİYA

Siyasət

26 Aprel 2026 17:09 144


Dünən gecə Vaşinqtonda Ağ Ev Müxbirlərinin şam yeməyində baş verən silahlı hücum cəhdini pisləyirəm.

"Yeni Sabah" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün X səhifəsində yazıb.

“Xoşbəxtlikdən, Prezident Tramp və həyat yoldaşı Melaniya da daxil olmaqla, heç kim xəsarət almayıb.

Demokratik ölkələrdə mübarizə ideyalarla aparılır, zorakılıqla yox. Prezident Trampa, onun həyat yoldaşına, ABŞ administrasiyasına və Amerika xalqına ən xoş arzularımı çatdırıram”, - o qeyd edib.

Qeyd edək ki, Ağ Ev Müxbirləri Assosiasiyasının Vaşinqtonda keçirilən şam yeməyində atışma baş verib. ABŞ Məxfi Xidmətinin əməkdaşları prezidenti, birinci xanım Melaniya Trampı, vitse-prezident Ceys Devid Vensi və Ağ Evin mətbuat katibini zaldan çıxarıblar. Silahlı şəxs saxlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!