“Qarabağ” Nərimanın növbəti satışından da gəlir əldə edəcək

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” Nərimanın növbəti satışından da gəlir əldə edəcək

İdman

11 Fevral 2026 13:23 387


"Qarabağ" klubu Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin növbəti satışından da gəlir əldə edəcək.

"Yeni Sabah" Report-a istinadla xəbər verir ki, bu, ABŞ-nin "Kolambus Kryu" komandasına keçən 21 yaşlı hücumçunun müqaviləsində əksini tapıb.

MLS klubu azərbaycanlı forvardı başqa kluba satsa, məbləğin bir hissəsi "köhlən atlar"a veriləcək. pizza sifarişi

Xatırladaq ki, Nəriman Axundzadənin "Kolambus Kryu" ilə sözləşməsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub. ABŞ təmsilçisi N.Axundzadə üçün "Qarabağ"a 1 milyon avrodan bir az çox ödəniş edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!