“Qarabağ” nigeriyalı hücumçunu transfer etməyə yaxındır

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” nigeriyalı hücumçunu transfer etməyə yaxındır

İdman

24 Yanvar 2026 21:33 739


Nigeriyalı hücumçu Salim Faqo Laval "Qarabağ"a keçməyə yaxındır.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Daily Post" nəşri məlumat yayıb.

Bildirilir ki, Lavalın çıxış etdiyi Xorvatiyanın "NK İstra 1961" klubu bu transfer üçün iki milyon avro alacaq. Sazişin yaxın bir neçə gün ərzində başa çatacağı gözlənilir. pizza sifarişi

Bu mövsüm 23 yaşlı Laval "NK İstra"nın heyətində bütün turnirlərdə çıxdığı 19 matçda beş qol vurub və iki məhsuldar ötürmə edib.

Hücumçu 2025-ci il Afrika Millətlər Kubokunda Nigeriya millisinin heyətində yer alıb və turnirdə bir oyun keçirib. O həmçinin bir dəfə Nigeriyanın U-20 komandasını təmsil edib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!