“Qarabağ“ oyuna yubandığı üçün cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ oyuna yubandığı üçün cərimələndi

İdman

26 Fevral 2019 18:45 1537


AFFA İntizam Komitəsi növbəti iclasında Azərbaycan I Divizionunda çıxış edən klubların yol verdikləri səhvlərə görə cəzalarını açıqlayıb. 

"Yeni Sabah" xəbər verir ki, XVI turda “Şüvəlan” – “Qarabağ-2” matçının ikinci hissəsi qonaq komandanın yubanması səbəbindən 4 dəqiqə gec başlayıb. Bu səbəbdən, Ağdam təmsilçisi 80 manat cərimələnib. 

Həmin tur “Neftç-2” ilə ev oyununda lazimi inventarlar olmadığından, "Turan Tovuz"a 160 manatlıq cərimə kəsilib.  Pepperoni pizza

“Qaradağ Lökbatan” komandası “Sabah -2” ilə səfər qarşılaşmasında ilkin protokolu gec təqdim edib. Bu səbəbdən, klub 80 manat məbləğində cəzalandırılıb. 

“Kəpəz” – “Zaqatala” matçından əvvəl iclasda qonaq komandanın nümayəndəsi iştirak etməyib. Bu səbəbdən, “Zaqatala” klubu 80 manat cərimələnib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!