Qarabağ problemi haqda yeni təklif

saytların hazırlanması

Evə çatdırılma

Qarabağ problemi haqda yeni təklif

Rəsmi

05 İyun 2019 11:07 1196


"Azərbaycan və Ermənistan tərəfi üçüncü tərəflərsiz danışıqlara başlamalıdırlar". 

"Yeni Sabah" xəbər verir ki, bu sözləri Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib.  O bildirib ki, münaqişənin nizamlanması illərdir uzanır:

"Vasitəçilərdən heç bir kömək yoxdur.  Həmsədr ölkələr  münaqişə tərəfləri arasında sülhün əldə olunmasında maraqlı deyillər. Minsk qrupu həmsədrlərinin əsas məqsədi - münaqişənin müharibə mərhələsinə keçməsinə qoymamaqdır. Onların regionlara səfərlərinin yeganə məqsədi budur! Pepperoni pizza

Həmsədrlər münaqişənin nizamlanmamasında Bakı və İrəvanı günahlandırırlar. Amma, unudurlar ki, münaqişənin nizamlanmasına cavabdeh, həm də həmsədr ölkələrdir. Hər dəfə həmsədrlər və ermənipərəst Kaspşik regiona səfər edəndə cəbhədə ermənilər tərəfindən hərbçilərimizə qarşı hücuma keçilir. Bizə belə nizamlanma formatı lazımdırmı?"

Politoloq qeyd edib ki, mövcud vəziyyəti nəzərə alaraq, tərəflər birbaşa, vasitəçilərsiz dialoqa keçsələr heç nə itirməzlər.

"Əksinə, bəlkə də qazanarlar. Digər ölkələrin qulaqları olmadan", deyə o əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!