Xəbər verdiyimiz kimi, Türkiyədə Cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürkün 1919-cu il, 19 mayda Samsuna çıxışının 100 illiyi ilə bağlı yüksək səviyyədə tədbir keçirilib.
“Yeni Sabah” xəbər verir ki, tədbirə Azərbaycan qaziləri də dəvət olunublar. Qazilərimiz səfər çərçivəsində bayram mərasimlərinə də qatılıblar, Samsun valisinə Azərbaycan bayrağı hədiyyə edilib. Qazilərimiz Bakının azad edilməsində Türk Ordusunun önəmli rolundan, Çanaqqala savaşında azərbaycanlıların döyüşməsindən, İstiqlal savaşına azərbaycanlıların dəstəyindən, o cümlədən bugünkü Türkiyə-Azərbaycan əlaqələrinin inkişafında danışıblar.
Tədbirin sonunda Azərbaycandan gedən nümayəndə heyəti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Ərdoğan Azərbaycanın qardaş ölkə olduğunu, qazilərimizin haqq uğrunda döyüşdüyünü qeyd edib. Nümayəndə heyətnin rəhbəri Emin Həsənli isə öz çıxışında bu iki ölkənin bir millət iki dövlət olduğunu xatırladıb. Marqarita pizza
Sonra qazilərimiz tərəfindən “Vətən naminə” medalı, 1918-ci ildə Türk Ordusunun Bakıya gəliş tablosu Ərdoğana təqdim edilib.
Türkiyə dövlət başçısı Azərbaycan xalqına təşəkkürünü bildirib və Prezident İlham Əliyevin xidmətlərindən, region üçün gördüyü işlərdən danışıb.
Telegram kanalımız