Qarabağ “rəhbərliyi” Bərdədə görüş keçirəcək

saytların hazırlanması

Evə çatdırılma

Qarabağ “rəhbərliyi” Bərdədə görüş keçirəcək

Siyasət

22 Avqust 2023 07:45 6225


Yaxın günlərdə separatçı rejimin "rəhbərliyi" Azərbaycan tərəfi ilə Bərdədə görüşəcək.

Yenisabah.az "Faktinfo.am"a istinadla xəbər verir ki, bu barədə separatçı rejimin "müxalifət dairələri"ndəki mənbələr məlumat verib.

Erməni nəşri qeyd edir ki, onlar Qarabağdakı mövcud vəziyyətdən iki çıxış yolu görürlər: ya Arayik Arutyunyan təcili olaraq “istefa verməlidir”, ya da Qarabağ ermənilərinə Ağdam vasitəsilə ərzaq tədarükü başlayacaq. pizza

KİV əlavə edib ki, Arutyunyanın istefaya getmək fikri olmayıb, ona görə də indi Ağdam vasitəsilə ərzaq məhsullarının idxalı məsələsi gündəmdədir.

Məlumata görə, Qarabağda “hökumət”in nəzdində komissiya yaradılıb və yaxın günlərdə  Azərbaycan tərəfi ilə görüşə gedəcək. Böyük ehtimalla görüş Bərdə şəhərində baş tutacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!