“Putin və Ərdoğan bu gün Soçidə çətin danışıqlar aparacaqlar”.
Yenisabah.az xəbər veri ki, bunu öz “Facebook” səhifəsində rusiyalı politoloq Sergey Markov yazıb.
Bu gün Soçidə baş tutacaq liderlərin görüşünü şərh edən Markov qeyd edib: Dominos pizza
“Bir neçə mövzu. Suriya Əfqanıstan. Liviya. Qarabağ. İqtisadiyyat və təhlükəsizlik sahəsində ikitərəfli əlaqələr.
Suriya. Türkiyə müxalif mətbuatı yazır ki, Putin Ərdoğana İdliblə bağlı son ultimatumu təqdim edəcək. Bu doğru deyil. Ultimatumlar olmayacaq. Ancaq Rusiya təyyarələri İdlibdə türk hərbi polisinin də olduğu yerə zərbə endirib. Türk təyyarələri Suriya Kürdüstanına, orda da Rusiya hərbi polisinin yerləşdiyi əraziyə zərbə endirib.
Suriya ordusu İdlibə hücuma keçmək əmrini gözləyir. Hücum başlayacaqmı? Suriya iqtisadiyyatı İdlibdəki iqtisadiyyat üçün çox mühüm olan Hələb-Latakiya avtomobil yolundan nə vaxt istifadə edə biləcək? Amerikalılar gedəndən sonra isə Deyr əz-Zorun neft yataqları kimə qalacaq? Suriya kürdləri hansı həddə muxtariyyət alacaqlar? Orada təhlükəsizliyə kim və necə nəzarət edəcək?
Bütün bunlar Putinlə Ərdoğan arasındakı danışıqlar masasındadır.
Əfqanıstan. Rusiya və Türkiyə “Taliban”la danışıqlarda birlikdə işləyə biləcəkmi? Çin, Pakistan, İran, Tacikistan və Özbəkistanla birlikdə.
Liviya. Orada milli birlik hökumətinin qurulmasına keçməyin vaxtıdır.
Cənubi Qafqaz, Qarabağ, - bu, Rusiya ilə Türkiyənin monitorinq mərkəzində sıx əməkdaşlıq etdiyi yerdir. Hər şey plana uyğun gedir. Bu, digər məqamlar üçün yaxşı bir nümunədir.
Rusiya və Türkiyə, həqiqətən, güclərini artıran müstəqil ölkələrdir. Buna görə də, gələcək dünyanın formalaşmasında onların rolu durmadan artır.
Putin və Ərdoğan – müasir dünyanın ən güclü və ən inamlı siyasətçiləri – digər dövlət başçılarının zəifliyi və qeyri-müəyyənliyi ucbatından dünya siyasəti xalısının ilmələri açılır, ABŞ və Avropanın getdikcə itən liderliyi fonunda, bir növ, sıyığa çevrilir. Putin və Ərdoğan kimi insanlar dünya siyasətinin sabahının şəfəqidir.
Telegram kanalımız