“Qarabağ“ - “Şaxtyor“ matçının başlama saatı müəyyənləşdi

“Qarabağ“ - “Şaxtyor“ matçının başlama saatı müəyyənləşdi

İdman Veb saytların hazırlanması

25 Yanvar 2019 18:00 943


Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qarabağ"ın sonuncu oyununun başlama saatı açıqlanıb.

Ağdam təmsilçisinin Ukraynanın "Şaxtyor" (Donetsk) komandası ilə matçı yanvarın 26-da üz-üzə gələcək. Görüşün start fiti Bakı vaxtı ilə saat 12:00-da çalınacaq. Qarşılaşma CBC Sport telekanalı ilə canlı yayımlanacaq. 

Qeyd edək ki, daha əvvəl Macarıstan "Uypeşt"inə 0:1 hesabı ilə uduzan "Qarabağ" Çexiya "Bohemians"ını məğlub edib - 3:1 və Polşa "Pyast"ı ilə heç-heçə edib - 1:1. Komandanın Rumıniya "Botoşani"si ilə görüşü isə əlverişsiz hava şəraiti ilə əlaqədar baş tutmayıb.

 

Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!