"Qarabağ" bu gün Antalya toplanışı çərçivəsində sonuncu yoxlama oyununa çıxıb.
“Yeni Sabah” xəbər verir ki, Ağdam təmsilçisi Ukrayna çempionu Donetsk "Şaxtyor"u ilə üz-üzə gəlib və 1:3 hesabı ilə məğlub olub. “Qarabağ”ın yeganə qolunu oyunun 64-cü dəqiqəsində Abdulla Zubir vurub.
Qeyd edək ki, Qurban Qurbanovun komandası Antalya hazırlığı zamanı bundan əvvəlki yoxlama görüşlərində “Uypeşt”ə (Macarıstan) uduzub (0:1), “Bohemians”ə (Çexiya) qalib gəlib (3:1), “Pyast”la (Polşa) heç-heçə edib (1:1). Toyuqlu pizza
Telegram kanalımız