Qarabağ Universitetində turizm ixtisası tədris ediləcək 

Qarabağ Universitetində turizm ixtisası tədris ediləcək 

Turizm Veb saytların hazırlanması

04 Dekabr 2023 11:09 8952


Azərbaycanda daha bir ali təhsil müəssisəsində turizm ixtisası tədris ediləcək.

“Yeni Sabah” xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Bakıda keçirilən İƏT-ə üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin I görüşündə bildirib.

"Hazırda agentliyin tabeliyində 3 turizm təhsili ocağı - universitet, kollec və peşə məktəbi var. Yeni yaradılan Qarabağ Universitetində də turizm ixtisası tədris ediləcək", - deyə F.Nağıyev qeyd edib.

Hazırda Azərbaycanda turizm sahəsində on minlərlə insanın çalışdığını bildirən agentlik sədri turizm sektorunda yüksək ixtisaslı, yaxşı təlim keçmiş və bacarıqlı kadrlara hər zaman tələbat olduğunu əlavə edib: “Turizm təhsilinin əsas məqsədi də turizmin bütün alt sahələri üçün lazımi bilik və bacarıqlara malik insan kapitalını təmin etməkdir. Bugünkü görüş turizm təhsili verən yerli və xarici ali təhsil ocaqlarının bilik və təcrübə mübadiləsinin aparılması baxımından vacib görüşdür", - deyə F.Nağıyev əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!