Qarabağ Universitetinə dair açıqlama: İlkin mərhələdə 70 işçisi olacaq

saytların hazırlanması

Evə çatdırılma

Qarabağ Universitetinə dair açıqlama: İlkin mərhələdə 70 işçisi olacaq

Sosial

08 Fevral 2024 17:18 495


Qarabağ Universitetinin həm idarəetmə, həm akademik, həm texniki heyətinin formalaşdırılması istiqamətində işlər həyata keçirilir.

Yenisabah.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ilkin mərhələdə universitetdə 70 nəfərin işləyəcəyi nəzərdə tutulub: Dominos pizza

“Bunun böyük bir hissəsi təbii ki, akademik heyət olacaq. Əsas məqsədimiz Universitetdə müasir akademik biliklərə malik olan şəxslərin çalışmalarını təmin etməkdir. Hazırda müxtəlif variantlar müzakirə olunur. Eyni zamanda, nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsində təhsil alan azərbaycanlıların da pedaqoji heyət kimi bu təhsil müəssisəsinə cəlb olunması nəzərdə tutulub. Bu istiqamətdə də müzakirələr aparılır.

Universitetin maddi-texniki bazasının formalaşdırılması istiqamətində aidiyyəti qurumlarla birgə işləyirik. Universitetin bir neçə tədris korpusu olacaq. Eyni zamanda, yataqxana binalarının sayı da bir neçə olacaq. Bununla əlaqədar, Universitetin özünün idman meydançası, kitabxana, ümumiyyətlə, ali təhsil üçün tələb olunan bütün infrastruktur yaradılacaq. Bu istiqamətdə müvafiq tapşırıqlar verilib və işlər həyata keçirilir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!