Qarabağ Universitetinin Şuşa və Xocalıda filialları açılacaq 

saytların hazırlanması

Evə çatdırılma

Qarabağ Universitetinin Şuşa və Xocalıda filialları açılacaq 

Sosial

24 Sentyabr 2024 16:13 388


Qarabağ Universitetinin incəsənət və turizm fakültələri Şuşaya köçürüləcək. 

Yenisabah.az-ın məlumatına görə, bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov jurnalistlərə açıqlamasında bildirib. 

Rektor Xocalı şəhərində Qarabağ Universitetinin aqrar fakültəsinin açılmasının nəzərdə tutulduğunu deyib.  Pepperoni pizza

Şahin Bayramov qeyd edib ki, Xankəndidə yerləşən əsas binada tibb fakültəsi açılacaq. 

Onun sözlərinə görə, Qarabağ Universitetində 6 fakültə, 27 ixtisas üzrə 1154 tələbə təhsil alır və tələbələr ölkənin bütün regionlarını təmsil edir. Universitetə qəbul olan tələbələrin ortalama balı 470-dir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!