Qarabağ Universitetinin tələbələrinin nəzərinə! 

saytların hazırlanması

Evə çatdırılma

Qarabağ Universitetinin tələbələrinin nəzərinə! 

Sosial

12 Sentyabr 2024 12:48 311


2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetində dərslər 23 sentyabr tarixində başlayacaq. 

Yenisabah.az xəbər verir ki, bu barədə Qarabağ Universitetindən bildirilib. Qeyd edilib ki, ilk tədris ilinə hazırlıqla bağlı işlər yekunlaşıb, universitetin infrastrukturu tam hazırlanıb, professor-müəllim heyəti tam formalaşıb və bütün ixtisaslar üzrə dərs cədvəlləri hazırlanıb. 

Tələbə əsaslı müasir modeldə universitet quruculuğunun tərkib hissəsi olaraq, Qarabağ Universitetində orientasiya (tanışlıq) günləri keçiriləcəkdir. Həmin günlərdə tələbələr universitet kampusu, əməkdaşlarla və Xankəndi şəhəri ilə tanış olacaq, bütün zəruri məlumatları əldə edəcək və onları maraqlandıran bütün suallara cavab alacaqlar.  Dominos pizza

Universitetə gəliş tarixləri barədə dəqiq məlumat tələbələrə müvafiq "WhatsApp" qrupları üzərindən təqdim ediləcəkdir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!