“Qarabağ” və “Zirə”dən qələbə

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” və “Zirə”dən qələbə

İdman

14 Aprel 2019 01:36 1029


Bu gün Topaz Premyer Liqasında 24-cü tura start verilib.

"Yeni Sabah" xəbər verir ki, ilk oyun günündə iki matç keçirilib.

İlk oyunda "Sumqayıt" "Zirə"nin qonağı olub. Meydan sahibləri 2 cavabsız qolla qalib gəliblər. 2:0. pizza hut

Günün digər matçında “Qarabağ” doğma meydanında  “Sabah”ı qəbul edib və 3:0 hesabı ilə qalib gəlib. Bu qələbə ilə Ağdam təmsilçisi xalını 54-ə yüksəldib və vahid lider olub.

Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

Topaz Premyer Liqası

24-cü tur

13 aprel (şənbə)

18:30. “Qarabağ” – “Sabah” - 3:0 

Qollar: Almeyda, 10, Ozobiç, 60, Mahir Mədətov 77

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rəşad Əhmədov

Tofiq Bəhramov adına Respublika Stadionu

16:00. “Zirə” – “Sumqayıt” - 2:0 

Qollar: Sezar Rodrigez 33, İlkin Qırtımov, 90+1

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev

Zirə İdman Kompleksinin stadion

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!