Qarabağa hansı ermənilər qayıda bilər? – Etibar Məmmədov şərtlərdən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Qarabağa hansı ermənilər qayıda bilər? – Etibar Məmmədov şərtlərdən danışdı

Siyasət

14 Noyabr 2023 09:11 978


“Ermənilər tərəfdən təhlükə həmişə olub və olacaq da. Ancaq bizim bu saat bir üstünlüyümüz var ki, Qarabağdakı ermənilər torpaqlarımızı könüllü şəkildə tərk ediblər. Və onların  guya  Azərbaycan ərazisindən zorakılıqla çıxarlması haqda beynəlxalq təşkilatların əlində heç bir dəlil-sübut yoxdur”. 

Milli İstiqlal partiyasının fəxri lideri Etibar Məmmədov bunu Moderator.az əməkdaşının “Moskva Qarabağdan sayları guya 100 mindən çox olan erməni köçündən yaxın və uzaq gələcəkdə Azərbaycana qarşı hansısa məqsədlər üçün istifadə edə bilərmi?” sualını cavablandırarkən  söyləyib.

“BMT-nin Yuxarı Qarabağa gəlmiş missiyası da təsdiq etdi ki, orada mülki erməni əhaliyə qarşı heç bir sərt davranış, təpki olmayıb. Ona görə də onların könüllü getməsi faktı təsdiq olunub.  pizza

Qaldı həmin ermənilərin qayıtmasıyla bağlı digər məsələlərə, əgər qayıtmaq istəsələr, bu haqda şərtləri artıq Azərbaycan tərəfi qoyur. Və şərtlər də əsasən ondan ibarətdir ki,  əvvəla,  həmin ermənilər Azərbaycana qarşı hərbi cinayətlərdə iştirak etməmiş olsunlar, ikincisi, 1991-ci ilədək keçmiş Dağlıq Qarabağ ərazisində həqiqətən qeydiyyatda olaraq yaşamış olmalıdırlar, ikincisi də Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər. 

Yəni qayıtmaq  istəyənləri tam şəkildə rədd etmək olmaz, deyilən şərtlərə uyğun olan müəyyən hissə qayıda bilər. Sonrakı mərhələdə də onları tam nəzarətdə saxlamaq məncə, mümkün olacaq. 

Görünən odur ki, ermənilərin sovet dövründəki kimi kütləvi şəkildə Azərbaycan ərazisində yaşaması ehtimalı yoxdur. Yəni orada çox sayda erməninin yaşamayacağı halda Moskva onlar vasitəsi ilə hansısa təhlükə təşkil edə bilməz.  Və indiki halda şərtləri Azərbaycan diktə edir. Ona görə də hesab edirəm ki, hazırda Qarabağdan köçmüş erməni kütləsi ilə bağlı elə bir ciddi təhlükə yoxdur”,- deyə davamında siyasətçi vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Şəmsəddin
    Qayıtmaq istəyən erməniləri mina sahələrinin təmizlənməsinə cəlb etmək lazımdır. Düzdür,bunu hirsimdən deyirəm. Gör bunlar nə qədər sırtıq məxluqdurlar ki, hansı üzlə qayıtmaqdan danışırlar. Qayıdan ermənilər gələcəkdə bizim üçün yenidən "partlamamış mina" təhlükəsinə çevriləcəklər.
    3 years ago