“Qarabağa İrandan yük daşıyan özəl şirkətlərə xəbərdarlıq olunub” - İran səfiri

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağa İrandan yük daşıyan özəl şirkətlərə xəbərdarlıq olunub” - İran səfiri

Siyasət

24 Sentyabr 2021 22:09 1104


Qarabağa İrandan qanunsuz şəkildə yük daşıyan özəl yükdaşıma şirkətlərinə xəbərdarlıq olunub.

Yenisabah.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi jurnalistlərə açıqlamasında deyib.

"Özəl sektorda çalışan nəqliyyət şirkətlərinə xəbərdarlıq etmişik, çünki Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmalıyıq. Tərəfimizdən lazım olan addımları atırıq", - səfir qeyd edib. pizza mizza

Musəvi əlavə edib ki, bununla əlaqədar Azərbaycan tərəfindən rəsmi şəkildə məlumatlar alındıqdan sonra addımlar atılıb.

Səfir vurğulayıb ki, bu cür təxribatlar İran və Azerbaycan arasında olan dostlugu sarsıda bilməz.

"Bu məsələdə 3-cü tərəflər var ki, İran və Azərbaycan arasında yaxşı münasibətin olmasını istəmirlər. Mən son günlərdə Hikmət Hacıyevlə görüşdüm və İran-Azərbaycan arasında olan münasibətləri detallı şəkildə müzakirə etmişik", - Musəvi bildirib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!