“Qorxuram ki, nə qədər ki, Rusiya qüvvələrinə sülhməramlılar adı altında Qarabağda qalmağa icazə veriləcək, onlar oradakı ermənilərin tərksilah edilməsi prosesini bütövlükdə dayandırmayıb, ləngidəcəklər”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında amerikalı mütəxəssis Pol Qobl deyib.
O, son günlər siyasi gündəmdən düşməyən qanunsuz erməni silahlı birləşmələrinin bölgədən çıxarılması məsələsinə toxunub. Sezar pizza
Politoloq təəssüflər qeyd edib ki, rusların sülhməramlı kimi tanınmasına heç vaxt icazə verilməməli idi:
“Çünki onlar münaqişə tərəfidir. Ən azı, Moskvanın ermənipərəst mövqeyini tarazlaşdırmaq üçün bölgədə başqaları olmalı idi. Çünki belə olan halda onlar Moskvanın vəd etdiyi, lakin yerinə yetirmədiyi şeyi edəcək. Qısacası, neytral dövlətlərin həqiqi sülhməramlılarına ehtiyac var. Bbunu təkid etməyin artıq vaxtıdır”.
P.Qobl onu da əlavə edib ki, bütün silahlı qüvvələr tərksilah edilməli və ya geri çəkilməlidir:
“Rəsmi İrəvan isə bu halda İrəvan və Xankəndi arasında fikir ayrılıqları yaratmağa çalışır ki, sadaladığım proseslərdən heç biri baş verməsin.
Qarabağda sözdə rus “sülhməramlıları” tərəfindən dəstəklənən erməni silahlı birləşmələrinin mövcudluğunu davam etdirməsi regionda böhran riskini bir xeyli artırır”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız