“Qarabağ”–“Ayaks” oyunu üçün ucuz biletlər yoxa çıxdı —   Azarkeşlər qəzəbləndi

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”–“Ayaks” oyunu üçün ucuz biletlər yoxa çıxdı — Azarkeşlər qəzəbləndi

İdman

04 Dekabr 2025 17:01 971


UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək "Qarabağ" – "Ayaks" (Niderland) oyununun biletləri bu gün saat 15:00-dan etibarən satışa çıxarılıb.

Lakin bilet almaq istəyən azarkeşlər ciddi problemlərlə üzləşiblər. Belə ki, satışın həyata keçirildiyi iTicket.az saytında və mobil tətbiqdə 10, 15, 25 manatlıq standart biletlər görünmədiyi halda, yalnız 400 və 1000 manatlıq VIP/VVIP biletlər alınması mümkün olur. Daha aşağı qiymətli sektorların isə ya görünmədiyi, ya da seçilmədiyi bildirilir.

"Yeni Sabah" xəbər verir ki, azarkeşlər vəziyyətdən narazılıq edərək satış sistemində texniki problem olduğunu, yaxud ucuz biletlərin süni şəkildə əlçatmaz göstərildiyini iddia edirlər. Dördpendirli pizza

Satışa təqdim olunan rəsmi qiymətlər aşağıdakı kimidir:

Standart sektorlar: 10, 15, 25, 35, 40, 50, 75 manat

VIP sektorlar: 200, 250, 300, 400 manat

VVIP sektorlar: 1000 manat

Xatırladaq ki, qarşılaşma 10 dekabr tarixində, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və oyun 21:45-də başlayacaq.

Əsmətxanım


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!