ABŞ Dövlət katibi Entoni Blinken, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ABŞ-da keçirilən görüşü ətrafında müzakirələr davam edir. Xüsusilə Blinkenin qeyd etdiyi “ən çətin məsələlərin həlli sonraya qalıb”, “çünki ən mürəkkəb məsələlər hələ həllini tapmayıb” ifadələri diqqət çəkir.
Maraqlıdır, Blinken “Ən çətin məsələ” deyərkən nəyi nəzərdə tutur? Bu çətin məsələnin həlli daha 30 il zamanımızı alarmı? Həll yolu diplomatiya, yoxsa “Dəmir yumruq”dur?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan azad Demokratlar Partiyasının sədri (AzDP), təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər deyib ki, erməni separatçıları, Ermənistan, onların qərbli havadarları üçün indiki məqamda nail olunası iki hədəf var: Sezar pizza
“Birincisi, maksimum hədəf Qarabağa statusun verilməsinə nail olmaqdır.
İkincisi, minimum hədəf Qarabağda qalacaq və Azərbaycan vətəndaşlığını qəbul edəcək ermənilər üçün beynəlxalq təminatın verilməsidir. Bunu Avropa standartlarına uyğun icma status kimi də başa düşmək olar.
Rəsmi Bakı qeyd olunan hər iki təklifə də qarşıdır. Ermənilərə yalnız və yalnız Azərbaycan Konstitusiyasına uyğun olaraq vətəndaş statusu verilə bilər”.
Ekspert bildirib ki, Azərbaycan yeni dünya nizamı və geosiyasi müharibə kontekstində doğru addımlar atarsa, ən geci 5 il ərzində prosesləri yekunlaşdıra bilər:
“Azərbaycan güc strategiyasından istifadə etməlidir. Məsələ ondadır ki, rəsmi Bakı Laçında nəzarət-buraxılış məntəqəsi quraraq xarici əlaqənin qarşısını aldı. İndi sıra daxildəki separatçıları təmizləməkdədir.
Hesab edirəm, Azərbaycanın keçirəcəyi 48-72 saatlıq bir əməliyyatla problemləri həll etmək olar. Özü də bunu edərkən elə bir vaxt seçilməlidir ki, Rusiyanın müqavimət göstərmək, ABŞ və Qərbin müdaxilə etmək imkanı olmasın. Əgər buna nail olsaq, qeyd etdiyim 5 illik müddət daha da qısala bilər”.
Telegram kanalımız