Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan və Türkiyə ordularının birgə taktiki təlimləri başlayır.
Təlimlərin Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad edilmiş ərazilərimiz də daxil olmaqla bir neçə istiqamətdə keçirilməsi planlaşdırılır.
İki ölkənin quru qoşunları arasında dostluq, əməkdaşlıq və qarşılıqlı fəaliyyətin gücləndirilməsi, bilik və təcrübə mübadiləsi məqsədi ilə həyata keçiriləcək “Mustafa Kamal Atatürk 2023” təlimləri Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunub. pizza mizza
İki gün davam edəcək birgə taktiki təlimə Azərbaycan və Türkiyənin müxtəlif qoşun növündən xeyli sayda texnika, artilleriya və aviasiya vasitələri, eləcə də mühəndis texnikası və kiçik botlar cəlb olunacaq.
Yenisabah.az-ın müxbiri ilə söhbətində ehtiyatda olan mayor Ədalət Verdiyev deyib ki, hazırda keçirilən “Mustafa Kamal Atatürk 2023” taktiki təlimləri hər iki qardaş ökənin imkanlarını bizə qarşı olan qüvvələrə nümayiş etdirmək məqsədi daşıyır”.
Onun sözlərinə görə, Fransanın Azərbaycan torpaqlarındakı 30 illik işğal tarixinə malik Ermənistana silah sistemlərini ixracı fonunda bu təlimlər bir daha Azərbaycan və Türkiyənin Şuşa Bəyannaməsindən irəli gələn öhdəliklərinə sadiq olduğunu və regionda işğalçının dəstəklənməsinə dair fəaliyyətlərə səssiz qalmayacağını nümayiş etdirəcək.
“Digər bir tərəfdən isə bu, hər 2 qardaş ölkə silahlı qüvvələrinin müxtəlif qoşun növlərinin uzlaşdırılmış şəkildə birgə vəzifələri icra etməsi baxımından çox əhəmiyyətlidir. Hərbi təlimdə iştirak edən heyətlərin fəaliyyətlərinin sinxronlaşdırılması vahid hədəflərə qarşı birgə əməliyyatların həyata keçirilməsi baxımından müstəsna əhəmiyyət daşıyır”, – fikirlərini tamamlayıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız