“Müsəlman ölkəsi olduğu doğrudur, ancaq bunu küçələrdə görmürsünüz. Məsələn, düşünürdük ki, orda qadınlar üzlərini bağlayırlar. Ancaq sakinlərin belə radikal olmadığını gördük".
"Yeni Sabah" xəbər verir ki, bu sözləri "Qarabağ”ın futbolçusu Yakub Jezniçak Polşa mətbuatına müsahibəsində deyib.
Polşalı müdafiəçi Azərbaycana gəlməsindən peşman olmadığını və buradakı ən yaxşı futbolçuların Polşa Liqası ilə müqayisədə çox qazandığını bildirib: Toyuqlu pizza
"2004-cü ildən, "Legiya"da oynamışam. İndi "Qarabağ"da çıxış edirəm və bu vəziyyət mənə xoşdu. Həyat yoldaşımla birlikdə sakit həyat yaşayırıq. Biz Çempionlar Liqasında oynadıq. Bura gəldiyim üçün peşmanlıq keçirmirəm.
Azərbaycanda ən yaxşı futbolçular Polşa Liqası ilə müqayisədə daha yaxşı qazanırlar. Ancaq mən "Legiya"dakından az maaş alıram".
Hücumçu "Qarabağ"ın Çempionlar Liqasındakı çıxışı barədə də öz fikirlərini bölüşüb:
”Qarabağ” Azərbaycan klub tarixində ilk dəfə Çempionlar Liqasının qrupuna yüksəlməyi bacardı. "Çelsi", "Atletiko" və "Roma" ilə qarşılaşdıq. Cəmi 2 xal toplamağımıza baxmayaraq, kimlərlə qarşılaşdığımızı düşünsək, ümumi nəticə pis deyil. "Atletiko" ilə iki dəfə qarşılaşdıq və cəmi 1 qol buraxdıq. Bunlar çox möhtəşəm görünür".
Telegram kanalımız