“Qarabağda hərbi əməliyyatların bərpası getdikcə daha real olur”

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağda hərbi əməliyyatların bərpası getdikcə daha real olur”

Siyasət

22 Noyabr 2022 18:01 1877


“Yeni il ərəfəsindəyik və Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanma ehtimalı sıfır həddindən də aşağıdır. Hətta sürətlə mənfiyə doğru gedir, yəni hərbi əməliyyatların bərpası getdikcə daha real olur”.

“Yeni Sabah” bu açıqlama ilə Azərbaycanın keçmiş Xarici işlər naziri Tofiq Zülfüqarov çıxış edib. O, qeyd edib ki, belə bir nəticə Paşinyan hökumətinin 2023-cü il üçün müdafiə xərclərini 47% (1 milyard 20 milyon dollar) artırmaq və 360 milyon dollar ayırmaqla, Azərbaycanın Qarabağ bölgəsində anti-konstitusion strukturların maliyyələşdirilməsini davam etdirmək barədə sentyabr qərarı ilə əvvəlcədən müəyyən edilib:

“Həmin büdcənin təsdiqindən sonra Praqa, Soçi, Vaşinqton və s.-də baş tutan bütün görüşlərin acı taleyi asanlıqla proqnozlaşdırılırdı. Deməli, Ermənistan sülh əvəzinə Azərbaycanla qarşıdurmanı davam etdirmə, daha sadə dillə desək, Qarabağa ərazi iddiaları seçimi ilə, müharibəyə üstünlük verdi. pizza sifarişi

“Vasitəçilər” isə, gözlənildiyi kimi, erməni siyasi elitasının bu seçimini dəstəklədilər. Bəli, bəli, məhz elitanın, çünki erməni xalqı bu seçimin əleyhinə yalnız “ayaqları ilə”, yəni harasa köçüb getməklə səs verir. Ermənistanda qalanlar isə müharibənin davam etdirilməsi tərəfdarlarının mitinqlərinə məhəl qoymur, həmin aksiyalarda iştirak etməməklə, nümayiş etdirirlər ki, siyasi marginalların şüarları onlar üçün maraqlı deyil.

Bununla belə, pərdə arxasında gizlənən marionetlər Paşinyana başa salıblar ki, onun siyasi “uzunömürlülüyü” birbaşa onun “silahların qundağını döyəcləməklə” Ermənistanı tam milli fəlakətə sürükləməyə davam edib-etməyəcəyindən asılıdır, yoxsa onun yerinə bunu başqası edəcək.

Əminəm ki, Paşinyan Azərbaycanla qarşıdurmanın yeni mərhələsinin nəticəsini əvvəlcədən bilir. Amma xarici kuklaoynadanları həmişə nəticə yox, yalnız proses maraqlandırıb, çünki bu, onlara regiona təsir etmə imkanı verir.

Bu gün müdafiə büdcəsinin təxminən 50% artırılmasına səs verənlər aydın şəkildə bilməlidirlər ki, “bu meydan-bu şeytan” deyilirsə, Azərbaycan sülh çağırışlarını siyasi leksikonundan çıxarıb, aktual olanlarla əvəz etməyə məcbur olacaq. 2020-ci ilin müharibəsindən əvvəl aktual olanlarla.

Siyasi məntiq Azərbaycanı milli maraqlarımıza qarşı yönələn çağırışlara adekvat və aynalı şəkildə cavab verməyə məcbur edəcək:

- Qarabağın reinteqrasiya siyasətimizə “burnunu soxmaq” istəyi ona gətirib çıxaracaq ki, Zəngəzur istiqamətində güzgü siyasəti ilə cavab vermək məcburiyyətində qalacağıq.

- Bütün vardanyanların və balasanyanların təxribatçı ritorikasını dayandırmaq üçün Laçın dəhlizini yalnız Ermənistandan giriş istiqamətində bağlamalı və tərk-silahla bağlı ultimatum elan edildikdən sonra 3 gün ərzində antiterror əməliyyatı keçirməli olacağıq.

Sadalananların hamısı tamamilə realdır və həyata keçirilə bilər.

Odur ki, “yoldaş ermənilər” düşünün, yaxşı-yaxşı düşünün”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!