Qarabağda müxalifətçi Daşnaksutyun üzvünü niyə “spiker” etdilər?

saytların hazırlanması

Evə çatdırılma

Qarabağda müxalifətçi Daşnaksutyun üzvünü niyə “spiker” etdilər?

Siyasət

08 Avqust 2023 07:48 1346


Qarabağ separatçılarının “parlamenti” adlandırılan qurum avqustun 7-də Daşnaksutyun partiyasının üzvü David İşxanyanı gizli səsvermə ilə spiker seçib. Onun namizədliyinin leyhinə 22, əleyhinə 9 “deputat” səs verib.

Azatutyun yazır ki, bu hadisə separatçıların hamısı tərəfindən birmənalı qarşılanmayıb. Ümumerməni partiyası kimi tanınan Daşnaksutyun Qarabağ məsələsində ən radikal mövqe tutur və Azərbaycanla sülh müqaviləsinin imzalanması əleyhinədir.

Qarabağda ikinci böyük siyasi fraksiyanın başçısı Marsel Petrosyan fraksiyanın İşxanyanın əleyhinə səs verdiyini bildirib. Onun fikrincə iqtidaryönlü “Azad vətən – Birləşmiş vətəndaş bloku” İşxanyanın namizədliyini məsləhətləşmədən, özbaşına verib: Marqarita pizza

“Belə hərəkət eləməzlər. Faktiki belə alınır ki, onlar dolayı yollarla, atla gediş edərək müxalifəti hakimiyyətə gətiriblər. Hakimiyyət müxalifəti hakimiyyətə gətirib”.

Yeri gəlmişkən, “Vahid vətən” partiyasına Qarabağın “milli təhlükəsizlik şurasının keçmiş katibi” kimi təqdim olunan Samvel Babayan rəhbərlik edir. Babayan son vaxtlar Azərbaycanla dialoqun zəruriliyi barədə bir sıra bəyanatlar verib.

Azatutyun yazır ki, Qarabağ separatçılarının “iqtidarından” bu addımın səbəbi barədə sorğusuna cavab ala bilməyib. Müxalif “Ədalət” fraksiyasından “deputat” Metakse Akopyansa deyib ki, Arayik Arutyunyan bu addımı ilə müxalifətin arasına ixtilaf salmaq istəyib.

Akopyan əlavə edib ki, onun fraksiyası Daşnaksutyun üzvünün namizədliyinə səs verib və bununla Qarabağın “subyektliliyinin” artacağına ümid bəsləyir.

Azatutyun yazır ki, Qarabağın keçmiş və indiki “prezidentləri” – Arkadi Qukasyan, Bako Saakyan və Arayik Arutyunyan Daşnaksutyun partiyasına müraciət edərək David İşxanyanın “spiker” seçilməsini təklif ediblər. David İşxanyanın seçildikdən sonra dediyinə görə “bir çoxlarında belə təsəvvür yaranıb ki, Ermənistan Qarabağdan əlini üzüb”.

O bəyan edib ki, onun partiyası Qarabağın müstəqilliyinə nail olmaq kimi strateji məqsədə sadiq qalır: “Bu yüksək tribunadan bir daha təsdiq və əmin edirəm ki, bizim bütün səylərimiz 1988-ci ildə qəbul edilmiş mühüm strateji məqsədimizin reallaşdırılmasına yönəldiləcək. Bütün başqa addımlara və planlara taktiki addımlar kimi baxılmalıdır”.

İşxanyan əlavə edib ki, “hələ heç də hər şey itirilməyib”.

İyulun 25-də Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla üçtərəfli danışıqlarının yekunlarını şərh edərkən Rusiya xarici işlər naziri Sergey Lavrov demişdi ki, Yerevanda “Qarabağ ermənilərini tez bir zamanda Azərbaycanla dialoqun zəruriliyinə inandırmağın vacibliyini başa düşürlər”.

O habelə bəyan etmişdi ki, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi Azərbaycanın beynəlxalq öhdəliklərinə uyğun həyata keçirilməlidir. Azatutyunun “Qarabağın prezidenti” kimi təqdim etdiyi Arayik Arutyunyan bundan əvvəl bəyan etmişdi ki, Azərbaycan onlarla yalnız bir məsələni – inteqrasiyanı müzakirə etmək istəyir.

Rəsmi Bakı bundan əvvəl iki dəfə Qarabağ ermənilərinin nümayəndələrini dialoqa dəvət edib. Azərbaycan prezidenti İlham Əliyev separatçılardan iki dəfə rədd cavabı aldıqdan sonra demişdi ki, “üçüncü dəfə dəvət olmayacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!