Qarabağda Paşinyan iqtidarına qarşı etiraz aksiyaları hazırlanır.
Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, bu barədə erməni nəşrinə etibarlı mənbələr məlumat verib.
“Ermənistan hökuməti Qərbin təklif etdiyi sülh müqaviləsi variantını ilin sonuna kimi imzalayacağı və bununla da “Artsax”ın nəhayət Azərbaycana təhvil veriləcəyi ilə bağlı bəyanatlarla kifayətlənsə də, erməni müxalifəti siyasi sahədə qarşıdan gələn üçtərəfli görüş ərəfəsində “Artsax”da güclü etiraz aksiyalarının hazırlandığını qeyd edib. pizza mizza
Müxalif deputatların sözlərinə görə, “Artsax xalqı”nın iradəsi Rusiyanın təklif etdiyi versiyanı qəbul etdirməkdir ki, bununla da “Artsax məsələsi” gələcək danışıqlara qalacaq. Kütləvi aksiyaların keçiriləcəyi gün barədə isə hələ ki dəqiq məlumat yoxdur”.
Telegram kanalımız