“Qarabağda qadınların və gənclərin sosial rifahına dair təşəbbüslər” mövzusunda tədbir keçirildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağda qadınların və gənclərin sosial rifahına dair təşəbbüslər” mövzusunda tədbir keçirildi - Fotolar

Sosial

30 Avqust 2024 18:34 567


Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən “Qarabağda qadınların və gənclərin sosial rifahına dair təşəbbüslər” layihəsi çərçivəsində növbəti fokus-qrup müzakirələri həyata keçirilib.

Yenisabah.az xəbər verir ki, baş tutan fokus-qrup Azərbaycanda iqtisadi və hüquqi təşəbbüslərlə,qadın hüquqları ilə məşğul olan QHT-lərin rəhbər şəxsləri və ekspertlərin iştirakı ilə baş tutub.

Fokus-qrup müzakirələrinin əsas məqsədi Qarabağa qayıdış konsepsiyasının gücləndirilməsi istiqamətdə ekspertlərdən kiçik və orta sahibkarlığın inkişanı dəstəkləyən təklif və tövsiyyələrin,eyni zamanda hüquqi prosedurların və mexanizmlərin tətbiqi və gücləndirilməsi istiqamətində maraqlı təkliflərin əldə olunmasıdır. pizza mizza

Fokus-qrup müzakirələrinidə Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyinin Prezidenti İlqar Hüseynli giriş nitqi ilə çıxış edib. Daha sonra Azərbaycan Milli QHT Forumunun icraçı direktoru Ramil İsgəndərli tədbirin işinə uğurlar arzulayıb və bildirib ki, eyni zamanda bu gün Beynəlxalq İtkinlər günüdür. Bu gün həm də Beynəlxalq ictimaiyyətdən Ermənistanda itgin düşmüş Azərbaycan vətəndaşları və kütləvi məzarlıqlar barədə məlumatların əldə olunmasını tələb etməliyik.

Bundan sonra fokus-qrupu idarə etmək üçün söz layihənin eksperti,iqtisad elmləri üzrə fəlsəfə doktoru İlham Hüseynliyə verilib və müzakirələr onun tərəfindən idarə edilib.

Muzakirələr zamanı QHT sektorunun tanınmış simaları Mirəli Hüseynov, Ziya Quliyev, Cəsarət Hüseynzadə, Rahilə Mehdiyeva, Vüqar Hüseynov, Əhməd Abbasbəyli, Vüsalə Hüseynli, Aynurə Miriyeva, Fariz Əkbərli, Xalid Kazımlı, Səbinə Ələkbərova və digəriləri maraqlı təkliflərlə çışıx ediblər. Ekspertlər tərəfindən Qayıdış prosesində qadınların və gənc sahibkarların fəaliyyətinin stimullaşdırılması, onların mülkiyyət hüquqlarının təminatı, vergi, gömrük və maliyyə əlçatanlığının təminatı barədə təkliflər səsləndirilib.

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!