Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin şəxsi heyətinin rotasiyası başa çatıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, planlı təmir üçün Rusiya Federasiyasına silah və hərbi texnikanın göndərilməsi də yekunlaşıb. Sezar pizza
Nazirlikdən bildirilib ki, Rusiya sülhməramlı kontingenti Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda tapşırıqların icrasını davam etdirir.
Telegram kanalımız