Qarabağda tam və qəti qələbə üçün nə etməliyik? - “Rusiyanın təcavüzü göstərdi ki...”

saytların hazırlanması

Evə çatdırılma

Qarabağda tam və qəti qələbə üçün nə etməliyik? - “Rusiyanın təcavüzü göstərdi ki...”

Siyasət

17 İyun 2022 19:52 1931


İyunun 18-də azğın Rusiya imperiyasının Azərbaycana ilk genişmiqyaslı işğalçı yürüşlərinin başlanmasının düz 300 ili tamam olur. Həmin yürüşü Rusiyanın ilk imperatoru I Pyotr təşkil etmişdi... Ötən 300 il ərzində həmin imperiyanın Azərbaycan xalqının və torpaqlarının başına nələr gətirməsindən yetərincə danışılıb. Bunun son acı nəticələrini isə Kremlin 2020-ci ildəki 44 günlük savaşımızda Azərbaycanın Qarabağda tam və qəti qələbəsinin qarşısını alaraq növbəti dəfə öz ordusunu rəsmən “sülhməramlı” adı altında Şərqi Zəngəzur və Qarabağ torpaqlarımıza yeritməsi ilə yaşamaqdayıq. Bəs görəsən, artıq son 1 il 7 ay ərzində torpaqlarımızın ermənilərin məskunlaşdığı hissəsini nəzarətdə saxlayan imperiya kontingentinin fəaliyyəti haqda hansı yekun nəticələrə gəlmək olar?..

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Atlantik Əməkdaşlıq Assosiasiyasının rəhbəri, politoloq Sülhəddin Əkbər aşağıdakı fikirləri ifadə edib.  

“Əgər xatırlayırsınızsa, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat-razılaşmanın elan olunduğu günün ertəsi mətbuatda ilkin dəyərləndirmə ilə çıxış etdim. O zaman da bildirdiyim kimi, əvvəla, Rusiya imperiyasının və Rusiya-Azərbaycan münasibətlərinin tarixindən məlumatlı olanlar heç vaxt həmin ölkənin ordusunun sülh məramıyla gəlişini qəbul edə bilməz.  Yəni mən ilk gündən Rusiyanın Azərbaycana növbəti “sülhməramlı” gəlişinə bu qiyməti vermişəm. Hesab edirəm ki, artıq bu haqda geniş danışmağa ehtiyac yoxdur.  Azərbaycanın orta əsrlə bağlı, yeni və ən yeni tarixi də deyilənləri təsdiqləyir. Bircə onu demək kifayətdir ki, xatırlatdığınız kimi, 1721-ci ildə bu gün Putinin özünü bənzətməyə çalışdığı I Pyotrun başçılığıyla yaranmış Rusiya imperiyasının ilk işğalçı yürüşü(1722-1723) Azərbaycana -Bakı istiqamətində olub…  Sonrakı mərhələlərdə torpaqlarımızın tam işğalıyla yanaşı, ərazilərimizə ermənilərin köçürülməsi və onlar üçün qondarma dövlətin yaradılması və daha sonra həmin dövlətin ərazilərinin genişləndirilməsi faktları da bəllidir. Və hazırkı Qarabağ məsələsi də süni erməni dövlətinin genişləndirilməsi prosesinin bir elementi və tərkib hissəsidir. Təəssüf ki, bu gün hələ də biz bu problemlə üz-üzəyik”- deyə politoloq qeyd edib.  Sezar pizza

“Mən hər zaman deyirdim ki, Qarabağla bağlanan bu hərbi münaqişə sünidir. Və əslində bu, Rusiyanın 1991-ci ildən bəri Azərbaycana qarşı apardığı bir vəkalət müharibəsidir. Eləcə də bizim Rusiyadan – metropoliyadan öz müstəqilliyimizi elan etməyimizin bədəlidir. Burada Ermənistan Respublikası  və dırnaqarası “DQR” vəkil kimi iştirak edir. Və Azərbaycan həmin vəkillərin başını əzən kimi Rusiya  – “yerin sahibi” meydana çıxdı. Bu gün də faktiki olaraq Azərbaycanın qarşısında nə Ermənistan, nə də qondarma “DQR” var, qarşımızda neoimperialist Putin Rusiyası, onun silahlı qüvvələri dayanıb. Mənim fundamental yanaşmam bundan ibərətdir. Odur ki, Rusiyanın Azərbaycanın suveren ərazisi olan Qarabağda yerləşmiş ordusunun “sülhməramlı” fəaliyyətindən danışmağı yersiz hesab edirəm”- deyə politoloq açıqlmasının davamında bildirib. 

“Nə qədər ki, Rusiya imperiyası çökməyib və yaxud Rusiya Federasiyası adlanan bugünkü dövlət imperiya siyasətindən əl çəkməyib, Azərbaycan Qarabağ problemini yaşamaqda davam edəcək... Ona  görə də biz hazırda çalışmalıyıq ki, Ukrayna savaşında Rusiyanın tam məğlub olmasına mümkün olan dəstəyi verək. Bu mənada biz azad dünya ilə, qardaş Türkiyənin də NATO üzvü olaraq qatıldığı kollektiv Qərblə bir yerdə olmalıyıq. Və biz nəzərə almalıyıq ki, birincisi, bu savaşda Rusiya məğlub olmayanadək o, öz imperiya siyasətindən vaz keçməyəcək. Bu halda isə biz Qarabağ problemini tam və qəti olaraq həll edə bilməyəcəyik. İkincisi, Rusiya-Ukrayna savaşı strateji bir savaşdır və bu savaşda resursları çox olan qalib gələcək. Kollektiv Qərbin resurslarıyla isə Rusiyanın resurslarını müqayisə etməyə dəyməz... Üçüncüsü, Yeni Dünya Düzəni qurulur. Və I və II Cahan savaşlarından sonra da, “soyuq müharibə”dən sonra da Yeni Dünya Düzənini qaliblər müəyyən edib. Və bu gün Rusiya "soyuq müharibə”dən sonrakı Yeni Düzənə qarşı çıxdığına görə bu savaş başlayıb. Bilirsiz, dünyada iki fikir var idi. Birinicilər düşünürdülər ki, böyük müharibə olmadan da Yeni Dünya Nizamını qurmaq mümkündür. İkincilər isə deyirdi ki, böyük müharibə olmayanadək bu Nizamı qurmaq qeyri-mümkündür. Mən də belə düşünürdüm. Və Rusiyanın Ukraynaya təcavüzü göstərdi ki, ikincilər haqlıymış – müharibə olmalıydı. Düzdür, heç kəs müharibə olmasını istəmir. Uzun illər müharibə görmüş və onun acı və ağrılı fəsadlarını yaşamış bir ölkənin vətəndaşı olaraq biz də bunu istəməzdik. Lakin təəssüf ki, bu qaçılmazdır. İndi isə, öncə dediyim kimi, biz Rusiyanın bu savaşda məğlub olmasına çalışan tərəfdə olmalıyıq. Və Ukraynaya mümkün qədər dəstək verməliyik.  Rusiya imperiyası, ən azı, zəifləməlidir ki, biz Qarabağda  tam və qəti qələbə edə bilək.  Biz buna hazırlaşmalıyıq və hesab edirəm ki, inşallah, belə bir şansımız da yetişəcək”- deyə siyasi şərhçi vurğulayıb./Moderator.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!