Qarabağda üçüncü savaş harada və niyə ola bilər?

saytların hazırlanması

Evə çatdırılma

Qarabağda üçüncü savaş harada və niyə ola bilər?

Siyasət

27 İyul 2022 11:57 3668


“Son zamanlar üçüncü Qarabağ savaşından danışılır. Bu olsa, niyə və harada ola bilər?”.

“Yeni Sabah” xəbər verir ki, bu açıqlama ilə siyasi şərhçi Xaləddin İbrahimli çıxış edib. Ekspertin fikrincə, birinci versiya odur ki, Qarabağın qalan ərazilərinin, yəni Xankəndi və çevrəsinin azad olunması üçün belə bir əməliyyat başlaya bilər. Onun sözlərinə görə, rus ordusunun nəzarətində olan bu ərazilərdə belə bir əməliyyata başlamaq ruslarla döyüşmək deməkdir:

“İkinci versiya, savaş Azərbaycan ilə Naxçıvanı birləşdirmək üçün Zəngəzur dəhlizi deyilən ərazi üçün ola bilər”. Dördpendirli pizza

Xaləddin İbrahimli daha sonra “nə üçün, bunun əlaməti varmı?” -deyə  sual edib və bir neçə versiya səsləndirib:

a) Azərbaycan iqtidarı 44 günlük savaşdan sonra Xankəndi və çevrəsini sanki unutdu, bütün diqqət Zəngəzur koridoruna yönəlmiş oldu.

b) Bütün infrastruktur işləri bu yöndə görülməkdədir, sanki Ağdam tərəf yoxdur (Qazax tərəf isə heç yoxdur).

c) 44 günlük savaşdan sonra İran ciddi narahatdır, hətta Rusiya, Türkiyə başçılarının Tehran görüşündə də Xamenei açıq dedi ki, Ermənistanla aramızda olan "minillik" (bəli, tarixə dərin sayğısızlıq edərək bu ifadəni işlətdi) sərhədin qapanmasına imkan verməyəcəyik. Unutmayaq ki, Türk dünyasını bölən bu ƏMİOĞLU-nun yolu Tehran üçün həm də xristian dünyasından dəstək almaq yoludur. Yəni bu məsələdə Tehran Qərbdən  ciddi dəstək də ala bilər. Ona görə arxayın, bəzən də sərt danışır.

Azərbaycanın diqqəti nə üçün tam olaraq bu tərəfə yönəlib?

Ermənistan artıq Xankəndi ilə arasını birləşdirmək üzrədir. Amma Azərbaycanın Naxçıvanla aranı açmağa izin verilmir”.

X. İbrahimli daha sonra aşağıda qeyd etdiyi sualları açıq qaldığını bildirib:

1: 44 günlük savaşdan sonra bağlanan sözləşmədə ərazi mübadiləsi razılaşması olubmu? (Xankəndi və çevrəsi ilə Zəngəzur dəhlizinin mübadiləsi: Başqa sözlə Qobl planı).

2: Ermənistan Azərbaycanı yenə aldatdımı, dəhlizin açılmasına izin vermirmi?

3: Ruslar nə üçün susur və İran nə üçün daha çox danışır?

4: Nəhayət, tarixi Azərbaycan ərazisi de-yure Azərbaycan ərazisi ilə dəyişdiriləcəkmi?


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!