“Qarabağda yalnız bu şəxslər qalacaq” - Ambaryan

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağda yalnız bu şəxslər qalacaq” - Ambaryan

Siyasət

07 Fevral 2023 19:33 4545


Bəli, Rusiyanın xarici işlər naziri Sergey Lavrov qəbuledilməz ifadələr işlədib, faktiki olaraq Ermənistanı işğalçı adlandırıb. Ancaq bir “əmma” var, Lavrov heç olmasa, yeddi rayonun işğalından danışır. İndiki hökumət isə de-fakto buna bütün Qarabağı da əlavə edir.

Yenisabah.az xəbər verir ki, bunu erməni politoloq Qagik Ambaryan deyib.

“Ermənistanda təəssüf ki, hakimiyyətin istifadə etdiyi antierməni tezislərinə lazımi əhəmiyyət vermirlər. Hökumətimiz Qarabağ münaqişəsinin nizamlanması prosesini tamamilə məhv edib. Qarabağda referendum keçirməklə prosesin nizamlanması ehtimalı sıfra endirilib. Paşinyan hakimiyyəti Qarabağı təslim etməyə hazırdır. Bundan sonra Qarabağda yalnız Azərbaycanın əllərini öpməyə hazır olanlar qalacaq”, - o bildirib./Axar.az Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!