Qarabağdakı ermənilər Bakının nümayəndəsi ilə görüşəcək? - SENSASİON İDDİA

saytların hazırlanması

Evə çatdırılma

Qarabağdakı ermənilər Bakının nümayəndəsi ilə görüşəcək? - SENSASİON İDDİA

Siyasət

31 İyul 2023 13:32 749


Qarabağdakı erməni nümayəndələri ilə Bakı arasında müzakirələr yaxın vaxtlarda Avropa şəhərlərinin birində baş tutmalıdır.

“Yeni Sabah” Publika.az-a istinadən xəbər verir ki, bu iddia ilə erməni siyasətçi Arman Babacanyan çıxış edib.

Onun iddiasına görə, görüş təşəbbüsü ABŞ-dan gəlib və Vaşinqtonun vasitəçiliyi ilə müzakirələrin Bolqarıstanda aparılması istisna deyil. pizza

Babacanyan Qarabağdakı separatçılara ABŞ-ın təklif etdiyi görüşdən imtina etməmək çağırışı edib.

Bu iddia informasiya baxımından diqqətçəkən olsa da, doğruluq payı çox azdır.

Birincisi, ilk görüşün Xocalıda keçirilməsindən sonra ermənilər Bakıya dəvət olunsa da, bundan imtina etdilər və Azərbaycan növbəti belə təklifin olmayacağını elan edib: separatçılar üçün çıxış yolu təslim olmaq və amnistiyadan yararlanmaqdır;

İkincisi, Qarabağdakı erməni əhalisinin nümayəndələri ilə (Ermənistan indiki halda separatçıları nümayəndə kimi irəli sürür) Azərbaycan sərhədlərindən kənarda hansısa görüşün keçirilməsi, yaxud istənilən təmas onları “tərəf” kimi qəbul etmək deməkdir, bu baxımdan, rəsmi Bakının Vaşinqton istəsə belə buna getməyəcəyi bəllidir;

İstisna deyil ki, bu cür təşəbbüslər irəli sürülür, yaxud təkliflər gündəmə gətirilir, lakin bu, belə bir görüşün olacağı demək deyil.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!