“Qarabağdakı erməniləri siyahıya almaq lazımdır”

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağdakı erməniləri siyahıya almaq lazımdır”

Siyasət

03 Sentyabr 2022 09:08 1316


Qarabağda yaşayan ermənilərin siyahıya alınması vacib məsələdir.

“Yeni Sabah” xəbər verir ki, rusiyalı ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko bu barədə özünün sosial şəbəkə hesabında yazıb.

Onun fikrincə, Qarabağ erməniləri onların dəqiq sayını və statusunu (yerli və ya gəlmə olmaları), eləcə də Ermənistan vətəndaşlığından imtina edib, Azərbaycan vətəndaşlığını qəbul etməyə hazır olub-olmadıqlarını dəqiqləşdirmək üçün siyahıya alınmalıdırlar. pizza mizza

“Ortaya belə bir sual çıxır- siyahıyaalma hansı mərhələdə və necə keçirilməlidir? Əlbəttə, erməni qanunsuz silahlı dəstələri Qarabağdan çıxarıldıqdan və separatçıların administrasiyası fəaliyyətini dayandırdıqdan sonra. Siyahıyaalmanı 2023-cü ildə Azərbaycan Daxili İşlər Nazirliyi və statistika orqanları həyata keçirə bilər”, - deyə İ.Korotçenko vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!