Qarabağdakı terrorçuların   təxribat anonsu

saytların hazırlanması

Evə çatdırılma

Qarabağdakı terrorçuların təxribat anonsu

Siyasət

13 Aprel 2023 22:11 2290


Aprelin 13-də Qarabağdakı terrorçuların başçısı Arayik Arutyunyan “güc strukturları”nın rəhbərlərinin iştirakı ilə “işgüzar görüş” keçirib.

Yenisabah.az xəbər verir ki, bu barədə erməni mediasında məlumat verilib.

Bildirilir ki, iştirakçılar Azərbaycanın “artsax”ı dörd aydır saxladığı “blokadası” zamanı yaranan yeni təhlükəsizlik çağırışlarını, eləcə də onların zərərsizləşdirilməsinə yönəlmiş işlərin gedişini müzakirə ediblər. Arutyunyan iştirakçılara bir sıra yeni tapşırıqlar verib, onların ardıcıl toplaşmasının vacibliyini vurğulayıb. pizza sifarişi

Görüşdə oyuncaq “prezident administrasiyasının rəhbəri” Karen Şahramanyan, “təhlükəsizlik şurasının katibi” Samvel Şahramanyan da iştirak ediblər.

İstisna deyil ki, bu toplantının ardınca separatçılar təxribatlara əl ata bilər. Ötən illərin təcrübəsi də bunu deyir. Hər halda baş terrorçunun tapşırıqlarından söhbət gedir…/Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!