“Qarabağ”dan azarkeşlərinə müraciət: Tez gəlin!

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”dan azarkeşlərinə müraciət: Tez gəlin!

İdman

05 Noyabr 2025 15:29 421


"Qarabağ" UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda bu gün "Çelsi" ilə keçiriləcək oyunla bağlı azarkeşlərinə müraciət edib.

"Yeni Sabah" xəbər verir ki, klub müraciətdə Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçı izləmək üçün azarkeşləri  stadiona erkən gəlməyə çağırıb.

Bu, stadiona rahat daxil olmaq, sıxlıqdan yayınmaq və komandanınn isinmə hərəkətlərini tam dolu tribunalar qarşısında həyata keçirərək əlavə motivasiya qazanmasına imkan verəcək. Pepperoni pizza

Oyun başlayandan 20 dəqiqə sonra stadiona girişin məhdudlaşdırılacağı bildirilib.

Qapılar qarşılaşmaya 2 saat 30 dəqiqə (150 dəqiqə) qalmış açılacaq.

“Qarabağ” – “Çelsi” matçı saat 21:45-də başlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!