Qarabağdan köçən ermənilərlə bağlı qərar dəyişdi

saytların hazırlanması

Evə çatdırılma

Qarabağdan köçən ermənilərlə bağlı qərar dəyişdi

Siyasət

29 Dekabr 2025 22:54 2585


Ermənistan hökuməti Qarabağdan köçən ermənilərin dövlət hesabına evlə təmin olunması qaydalarında dəyişiklik edib.

"Yeni Sabah" Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə ölkənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Nazir bildirir ki, Qarabağdan köçən ailələrin mənzillə təmin olunmasına dövlət yardımı proqramı çərçivəsində arayış almaq üçün ərizə blankında məcburi ailə tərkibinə dəyişiklik edilib. pizza hut

Məlumata görə, artıq 18 yaşına çatmış və ərizə ilə müraciət etmiş şəxslər birmənalı şəkildə ayrı ailə üzvü kimi qəbul olunmayacaq. Eyni ailənin tərkibində qəbul ediləcəklər.

Qeyd edək ki, son zamanlarda Qarabağ erməniləri üçün nəzərdə tutulan sosial paketlərin həyata keçirilməsi ilə bağlı narazılıqlar artıb. Hökumətin bəzi qayda və tələbləri tədricən sərtləşdirdiyi bildirilir.

Məlumata görə, ölkə daxilində də sözügedən şəxslərə normal münasibət göstərilmir, həmçinin sosial ehtiyacları lazımi səviyyədə təmin olunmur. Hətta bəziləri təqiblərə məruz qaldıqlarını iddia edirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!