Fevralın 23-də Belçika Krallığının paytaxtı Brüssel şəhərindəki Lüksemburq meydanında dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü ilə izdihamlı Ümumavropa Qarabağ mitinqi keçirilib.
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin üzvü Bayram Səfərov baş tutan aksiyanın siyasi baxımdan mühüm əhəmiyyətə malik olduğunu bildirib: “Bu mitinqi və onun təşəbbüskarlarını alqışlayıram. Amma bu davamlı xarakter almalıdır. Biz Qarabağ naminə birliyimizi bütün dünyaya göstərməliyik”.
B.Səfərov bu cür mitinqlərin rayonlarımızın işğal günlərində də davamlı keçirilməsini təklif edib: “Qarabağı azad edənədək bu cür mitinqlər mütəmadi keçirilməlidir. Dünya Azərbaycan həqiqətlərini eşitməlidir artıq!” Toyuqlu pizza
Modern.az
Telegram kanalımız