Qarabağın bərpasının tamamlanma tarixi açıqlandı - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Qarabağın bərpasının tamamlanma tarixi açıqlandı - VİDEO

Rəsmi

27 Mart 2021 07:35 1819


"Qarabağın bərpası üçün ən az 5-10 il vaxt lazımdır". Bunu ARB24-ün “Gündəm” verilişinə açıqlamasında ABŞ-ın “Beynəlxalq Münaqişələrin Həlli Mərkəzi"nin nümayəndəsi Kristofer Çambers deyib. O bildirib ki, bəzi yerlər tam dağıdıldığı üçün yenidən infrastruktur qurulmalıdır:

“Qeyri-neft sektoru inkişaf etdirilməlidir. Bu, çətin proses olsa da, dövlət lazım olan addımları atır. Düşünürəm ki, plan yaxşı qurulub, prioritet olaraq yalnız tərəqqi götürülüb”. 

Məsələyə münasibət bildirən Austin Kleyton isə bildirib ki, Qarabağın bərpası üçün külli miqdarda vəsait və vaxt lazımdır: Marqarita pizza

“Qarabağa dəyən ziyanın həcmi çox böyükdür. Həmçinin bu ərazilərə insanların köçürülməsi prosesinə də diqqət etmək lazımdır. Ermənistan hər zaman azərbaycanlıları təcavüzkar tərəf kimi göstərməyə çalışıb və insanları azərbaycanlılarla yaşamağın mümkünsüzlüyünə inandırıb. Buna görə insanları vəziyyətlə barışdırmaq lazımdır. Onlar sabitlik və sülh şəraitində yaşamalıdır”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!