“Qarabağın nizamlanmış statusu Rusiyaya sərf etmir, çünki...” - Koçaryan

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağın nizamlanmış statusu Rusiyaya sərf etmir, çünki...” - Koçaryan

Siyasət

28 Oktyabr 2022 19:54 4323


“Qarabağın status məsələsinin həll olunması Kremlə sərf eləmir”.

Yenisabah.az xəbər verir ki, bunu siyasi strateq Karen Koçaryan oktyabrın 28-də Lazarev klubunun iclasından əvvəl jurnalistlərə müsahibəsində bildirib.

O bildirib ki, Rusiyaya Qarabağın həll edilmiş statusu sərf etmir, bu halda onun regiona təsiri kəskin şəkildə azalacaq. Marqarita pizza

“Burada Qarabağ məsələsinin hansı statusda həll olunacağının, Qarabağın Azərbaycanın, Ermənistanın bir hissəsi və ya müstəqil olmasının heç bir əhəmiyyəti yoxdur. Beynəlxalq səviyyədə tanınmış həllin olmaması Rusiya üçün faydalıdır.

Və məsələnin nəhayət həll olunması Qərb üçün faydalıdır. Çünki bu halda o, öz vəzifəsini həll edəcək – rusları regiondan çıxaracaq. Əgər məsələ həll olunarsa, o zaman Rusiyanın Qarabağdakı mövcudluğu tamamilə lazımsız olacaq. Və əgər Ermənistan-Türkiyə münasibətləri də yoluna qoyulsa, o zaman Ermənistandakı 102-ci Rusiya bazası lazım olmayacaq.

İranda isə vəziyyət fərqlidir. Tehran açıq şəkildə bildirib ki, regionda yeni oyunçuların olmasına dözməyəcək”, – deyə Koçaryan bildirib.

O, həmçinin qeyd edib ki, Ermənistan çoxdan Suriyaya çevrilib, Allah eləməsin ki, Ukraynaya çevrilsin./Konkret.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!