“Qarabağ”ın oynuna görə metronun iş saatı dəyişdi

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”ın oynuna görə metronun iş saatı dəyişdi

İdman

17 Fevral 2026 11:40 331


Bakı Metropoliteni fevralın 18-də UEFA Çempionlar Liqası çərçivəsində keçiriləcək “Qarabağ” - “Nyukasl Yunayted” qarşılaşması ilə əlaqədar iş vaxtını 1 saat uzadacaq.

Bu barədə “Yeni Sabah”a Bakı Metropolitenindən məlumat verilib.

Bildirilib ki, fevralın 18-dən 19-na keçən gecə bütün stansiyalar saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq. pizza sifarişi

Metronu seçən azarkeşlərin oyuna rahat və təhlükəsiz gediş-dönüşünü təmin etmək üçün bütün zəruri tədbirlər görüləcək.

Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən “Gənclik” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunacaq, əlavə əməkdaşlar cəlb ediləcək.

Zərurət yaranacağı təqdirdə ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır saxlanılacaq.

“Nərimanov” və “28 May” stansiyalarında da nəzarət mexanizmləri artırılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!