“Qarabağın statusu” ilə bağlı 20 illik fasilə? – Şərh

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağın statusu” ilə bağlı 20 illik fasilə? – Şərh

Siyasət

02 Noyabr 2022 16:00 1197


“Soçi görüşü heç bir nəticə vermədi. O görüşün nəticəsində qəbul edilən bəyannamədə ifadə olunan müddəalara baxsaq, orada faktiki olaraq, Rusiya sadəcə özünün sülhməramlıları ilə bağlı müsbət fikrin söylənilməsinə nail oldu”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Orxan Amaşov deyib.

Politoloq son bəyanatda “Qarabağın statusu” ifadəsinin çıxarılması və həmçinin status məsələsinin 15-20 il dondurulacağı ilə bağlı ortaya atılan iddialara münasibət bildirib. Pepperoni pizza

Analitik deyib ki, orada, həmçinin, dövlətlərin gücdən istifadə etməmə, eyni zamanda Almatı bəyannaməsi və BMT Nizamnaməsi əsasında dövlətlərin bir-birilərin qarşılıqlı olaraq, ərazi bütövlüyü və suverenliyinin tanınması məsələsi də var:

“Bəli, orada Paşinyan öz çıxışında bildirdi ki, belə bir sənəd var və o bunu Rusiya proyekti kimi təqdim etdi. Burada dövlətlərarası münasibətlərin normallaşması ilə bağlı baza prinsipləri mövcuddur və o dedi ki, ümid edirəm ki, son bəyannamədə öz əksini tapacaq. Lakin bu, tapmadı. Həmin baza prinsipləri adlanan o sənəddə Qarabağın gələcəkdə statusunun müəyyənləşməsi ilə bağlı müddəa olduğu söyləndi. Azərbaycan da buna birmənalı olaraq etiraz etdi”.

Müsahibimiz söyləyib ki, hazırda real məsələ ondan ibarətdir ki, indiki şəraitdə Rusiyanın əsas niyyəti Ermənistan və Azərbaycanın tez bir zamanda sülh müqaviləsinin imzalanmasının uzadılmasıdır:

“Bu prosesin uzadılması da Rusiya sülhməramlılarının Qarabağda qalması anlamına gəlir. Rusiya burada açıq-aydın dedi ki, nə qədər sərhədlər təyin olunmayıb və sülh müqaviləsi imzalanmayıb, Qarabağdakı sülhməramlıların bölgədə qalması labüd olacaq. Bu da onu göstərir ki, Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasında Rusiya heç bir halda maraqlı deyil. Çünki Rusiya hazırda elə bir vəziyyətdədir ki, Ukraynadakı hadisələrlə bağlı bu formatda əvvəlki aktivliyini göstərə bilmir. Lakin Rusiya, eyni zamanda onu da sübut etməyə çalışdı ki, o, yenə də həm Bakı, həm də İrəvan üçün ən yaxşı variantdır”.

Həmsöhbətimiz düşünmür ki, rus sülhməramlılarının orada 15-20 il qalması məsələsi gündəmdədir:

“Amma real olaraq sual ondan ibarətdir ki, 2025-ci ilin martında – sülhməramlı missiyasının yekununa 6 ay qalmış Azərbaycan və Ermənistan necə davranacaqlar? Rusiya əlindən gələni edir ki, həmin tarixi mərhələdə sülhməramlıların mandatı uzadılsın. 

Bilirsiniz ki, status məsələsi artıq yoxdur. Əgər söhbət ərazi statusundan, yaxud hazırda sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazilərin gələcəkdə Azərbaycan çərçivəsində hər hansı bir statusa malik olmasından gedirsə, bu, bizim üçün birmənalı şəkildə qəbuledilməzdir”. 

Konstruktiv qeyri-müəyyənlik formulundan söz açan politoloq onun tərəflər üçün hansı dərəcədə məqbul olması məsələsinə də toxunub:

“Bəs yaxşı, kontruktiv qeyri-müəyyənlik nədir? Burada elə bir formulu işləyib hazırlayırsınız ki, o formul kənardan hamı üçün məqbul görünür, amma hər bir tərəf həmin o formul öz maraqlarına uyğun tövsif edir. Bizim üçün burada dövlətlərarası məsələlər normallaşır, qarşılıqlı olaraq ərazi bütövlüyümüz tanınır və sülh müqaviləsi imzalayırıq. Burada Qarabağ məsələsinə yer yoxdur, çünki bu məsələ bizi üçün həll olunub.

Ermənistan isə bu cür halda deyəcək ki, bəli, biz dövlətlərarası məsələləri nizamlayırıq, amma Qarabağ məsələsi gələcək üçün qalır. Rusiya üçün də belə bir konstruktiv qeyri-müəyyənlik var ki, bəli, bu məsələ gələcəkdə müzakirə oluna bilər. Burada isə məsələnin taleyini iradə və geopolitik güc həll edir. Azərbaycan özü üçün məqbul olan formul ətrafında Ermənistanla razılaşsa, hesab edirəm ki, status məsələsinin perspektivi yox dərəcəsinə çatacaq”.

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!