Qarabağın taleyi Rusiya-Ukrayna müharibəsindən nə dərəcədə asılıdır?

saytların hazırlanması

Evə çatdırılma

Qarabağın taleyi Rusiya-Ukrayna müharibəsindən nə dərəcədə asılıdır?

Siyasət

20 Fevral 2023 15:55 1078


Rusiyanın Ukraynada apardığı hərbi kampaniyanın birinci ildönümü yaxınlaşır. Bir çox politoloqlar Ermənistan-Azərbaycan münaqişəsinin həllini bu müharibənin yekunu ilə əlaqələndirir.

Onların fikrincə, əgər Rusiya Ukraynada məğlub olsa, arxa bağçası saydığı Cənubi Qafqazdakı siyasi təsirini itirəcək. Yox, qələbə qazanarsa, əksinə, bölgədə təsiri güclənəcək.

Siyasi şərhçi Samir Hümbətov isə Yenisabah.az-a açıqlamasında deyib ki, Ermənistan-Azərbaycan münasibətləri tam şəkildə Ukrayna müharibəsindən asılı vəziyyətdə deyil: Toyuqlu pizza

“Ümumən bu, Rusiya-Qərb qarşıdurması kimi dəyərləndirilə bilər və Qərb Ukrayna vasitəsilə Rusiyanı dünyadan təcridetmə siyasəti yürüdür. 

Cənubi Qafqaza gəlincə, burada Ermənistan-Azərbaycan, Rusiya-Türkiyə münasibətləri və eyni zamanda, Qərbin baxış bucağı mövcuddur”.

Ekspert xatırladıb ki, Rusiyanın Qarabağdan çıxma vaxtı konkret göstərilib:

“Sülhməramlıların vaxtı 10 noyabr 2025-ci ildə tamamlanır. Bunu artıq özləri də yavaş-yavaş etiraf edir. 2025-ci ildə İstəsə də, istəməsə də, Rusiya bölgədən çıxarılacaq.

Ötən ilin yanvarında Qazaxıstanda da Rusiya KTMT qismində ölkəyə girəndə əksər ekspertlər deyirdilər ki, Rusiya oradan çıxmayacaq, amma 3 gün sonra Rusiya Qazaxıstanı tərk etdi. Çünki beynəlxalq güclər strateji bir bölgəni Rusiyanın ixtiyarına verməzlər”.

S. Hümbətov hesab edir ki, fərqli yanaşmalar mövcuddur və imzalanmış sənədlər xüsusi əhəmiyyət daşıyır:

“Yəni 2025-ci ilə qədərki müddət ərzində də Rusiya-Ukrayna müharibəsində hər hansı bir ciddi dəyişiklik baş verə, yaxud proses elə o vaxta qədər də uzana bilər. Nəzərə almalıyıq ki, 1 il bundan öncə Rusiyanı, sözün əsl mənasında, çox güclü bir dövlət kimi təsəvvür edirdik. Sonra gördük ki, Rusiya içi çürük palıd ağacıymış.

Əgər Rusiya hər hansı bir qanunsuz addım atarsa, bölgədən çıxmaq istəməzsə, təbii ki Şuşa Bəyannəməsi, eləcə də beynəlxalq hüququn norma və prinsipləri işə düşəcək. Ondan sonra Azərbaycan bölgəyə yeni aktorları, məsələn, Türkiyəni dəvət etsə, Rusiya Türkiyənin Qarabağda hərbi hissə yerləşdirib bölgəyə nəzarət etməsini qəbul etməyəcək. Rusiya hətta monitorinq mərkəzini belə istəmir, amma Türkiyə orada var.

Qısası, Azərbaycanın kifayət qədər təsir alətləri  var və bundan istifadə edə bilər. Sadəcə 2025-ci ilə qədər gözləməliyik”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!