“Qarabağ”ın tarixində ən bahalı transfer: Danışıqlar gedir

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”ın tarixində ən bahalı transfer: Danışıqlar gedir

İdman

30 Avqust 2025 12:26 723


“Qarabağ” Fransanın “Loryan” (Lorient) komandasının hücumçusu Sambo Sumanonu (Sambou Soumano) heyətinə cəlb etmək istəyir.

Yenisabah.az qol.az-a istinadla xəbər verir ki, hazırda tərəflər arasında intensiv danışıqlar gedir.

Transfer bir neçə gündə yekunlaşmalıdır. Çünki “Qarabağ” Çempionlat Liqası üçün sifariş ərizəsini sentyabrın 2-də UEFA-ya göndərməlidir. pizza hut

İnsayder Rudi Qaletti isə özünün X səhifəsində yazıb ki, Ağdam təmsilçisi 24 yaşlı seneqallı futbolçu üçün onun klubuna 2,5 milyon avro+500 min avro bonus təklif edib. Bu məbləğ paketi indiyədək onunla maraqlanan digər klubların hamısının təklif etdiyindən daha yüksəkdir.

Futbolçu özü Çempionlar Liqasında yarışacaq “Qarabağ”da oynamaq istəyir, lakin hələlik yekun razılaşma yoxdur. Sambo Sumano “Qarabağ”a transfer olunsa, onun illik gəliri 1 milyon avrodan artıq olacaq. Bu, "Qarabağ" tarixinin ən bahalı transferi olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!