“Qarabağ”la oyunqabağı “Atletik”in problemləri yarandı

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”la oyunqabağı “Atletik”in problemləri yarandı

İdman

07 Oktyabr 2025 17:04 515


İspaniyanın "Atletik" komandasının "Qarabağ"la UEFA Çempionlar Liqasında keçirəcəyi oyun öncəsi problemləri yaranıb.

Yenisabah.az marca-ya istinadla xəbər verir ki, hücum xəttinin 3 oyunçusu - Aleks Berenger, Oyan Sanset və İnyaki Uilyams zədəlidir.

Baş məşqçi Ernesto Valverde milli komandaların oyunlarına görə yaranmış fasiləyə görə futbolçuların zədələrini sağaldacağına ümid edir və bunu vacib sayır. Çünki La Liqada "Elçe", Çempiolar Liqasında "Qarabağ"la vacib oyunlar var. Dominos pizza

Digər oyunçu Benat Prados uzun müddətə sıradan çıxıb, Mikel Vesqa da zədəlidir. Sonuncunun məşqlərə nə vaxt qayıdacağı hələlik bilinmir. 

Xatırladaq ki, "Atletik" - "Qarabağ" oyunu oktyabrın 22-də keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!