Qarabağlı “nazir“ azərbaycanlılarla görüşüb?

saytların hazırlanması

Evə çatdırılma

Qarabağlı “nazir“ azərbaycanlılarla görüşüb?

Rəsmi

01 May 2023 12:11 1017


“Azərbaycanlılar tərəfindən paylaşılan videoda “Artsax vətəndaşları”nın Həkəri çayı üzərində yerləşən Azərbaycan nəzarət-buraxılış məntəqəsindən pasport və avtomobil yoxlanışı ilə necə keçdiklərini əks etdirən videoya cavab olaraq, “Artsax”ın “dövlət naziri” azərbaycanlılarla görüşdüklərini qeyd edib”.

Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, bu sözləri Ermənistan Milli Məclisinin deputatı Tiqran Abramyan sosial şəbəkə hesabında yazıb.

Deputat əlavə edib: "Vətəndaşlar” Ermənistan Respublikasından yaşayış yerinə qayıdarkən keçid məntəqəsində azərbaycanlılar tərəfindən lentə alınıblar. Mənə elə gəlir ki, “dövlət naziri”nin “Azərbaycan nümayəndələri ilə görüşmüşük” ifadəsi inandırıcı deyil. Çünki bir həftə ərzində mətbuatda, o cümlədən sosial şəbəkələrdə Azərbaycanın qurduğu nəzarət-buraxılış məntəqəsi ilə bağlı minlərlə material, video və fotoseriallar yayılıb. Çətin ki, həmin hissədən keçən Qarabağ erməniləri bundan öncədən xəbərsiz olsunlar. pizza mizza

Ən əsası isə Ermənistandan Qarabağa daxil olarkən Azərbaycanın quraşdırdığı keçid məntəqəsinə qədər körpünün üzərində “Artsax polisləri” növbətçilik edir. Ona bitişik ərazilərdə – çayın digər sahilində isə Ermənistan Respublikasının sərhəd qoşunları növbətçilik edir. Deməli, onlar təbii olaraq vəziyyətdən xəbərdar olublar.

Bütün bunlar onu göstərir ki, problem “Artsax xalqın”da deyil, “Artsax hakimiyyəti”ndədir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!