Azərbaycan Topaz Premyer Liqasında həftənin rəmzi 11-liyi bəlli olub.
“Yeni Sabah” PFL-ın rəsmi saytına istinadən xəbər verir ki, rəmzi 11-liyə “Neftçi” və “Keşlə”dən 4, “Qəbələ”dən 2, “Zirə”dən 1 futbolçu seçilib. Qeyd edək ki, rəmzi 11-lik “İnStat” şirkətinin təhlilinə əsasən, təyin edilib.
Qapıçı: Kamal Bayramov (“Zirə”) Dominos pizza
Müdafiəçilər: Azər Salahlı (“Keşlə”), Kiril Petrov (“Neftçi”), Mamadu Mbodj (“Neftçi”), Cabir Əmirli (“Keşlə”)
Yarımmüdafiəçilər: Stiven Monroz (“Qəbələ”), Valeri Kutsenko (“Keşlə”), Mamadu Kane (“Neftçi”), Namiq Ələsgərov (“Neftçi”)
Hücumçular: Conatan Ayite (“Keşlə”), Ceyms Adeniyi (“Qəbələ”)
Telegram kanalımız