YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Qaraçuxur məscidinin icma sədri: “Məhəmməd peyğəmbər digər peyğəmbərlərdən üstündür” 

Qaraçuxur məscidinin icma sədri: “Məhəmməd peyğəmbər digər peyğəmbərlərdən üstündür” 

Din

02 Sentyabr 2022 12:44 4924


“Bu təqlid deyil, obrazdır. Amma peyğəmbərlərə təsəvvürlə şəkil vermək doğru deyil”.

Bu sözləri Yenisabah.az-a Qaraçuxur məscidinin icma sədri Seyid İlyas Musəvi bildirib. 

Onun fikrincə, peyğəmbərlərin, övliyaların görüntüləri deyil, səslərinin verilməsi daha məqsədəuyğun olar:

“Peyğəmbərlərin övliyaların kinolarını çəkəndə pərdəarxasında özləri görünmədən, yalnız səsləri eşidilsə, daha qaydaya uyğun olar. Onları təsvir eləmək, şəkilləndirmək, onlara hansısa oxşarlıq nisbət etmək düzgün deyil. Məsələn, peyğəmbərlərin həyatlarına həsr edilən kinolarda onların simaları görünür. Bu, İslam nöqteyi-nəzərindən yaxşı hal deyil”.

İlyas Musəvi “Çağırış” filmində imam Əlinin (r.a) peyğəmbərlə sanki eyniləşdirilərək onun da simasının görünməməsinə belə münasibət bildirib:

“İmam Əlinin üzünün göstərilməsində sıxıntı var. Yəni bu, düzgün deyil. İmam Əli peyğəmbərlər, digər imamlar, müqəddəs insanların üzlərini göstərmək yaxşı hal deyil. Çünki onların sifətlərini dəqiq görən olmayıb. Onların filmlərdə üzlərinin göstərilməsi üçün gərək, şəkilləri olsun. Hədis və başqa kitablarda onların müəyyən əlamətləri, boylarını, qamətlərinin necə olmağı barədə məlumatlar olsa da, simaları haqqında informasiyalara rast gəlmirik. Bu baxımdan onları kiməsə oxşatmaq düzgün hal deyil”.

“Məhəmməd peyğəmbər əvvəlki peyğəmbərlərin hamısından üstündür. Ən müqəddəs, ən əzəmətli peyğəmbərdir. Onun həyatına həsr edilən filmdə səsi eşidilməsə də, səsinin eşidilməsində hər hansı problem yoxdur”, - İlyas Musəvi fikirlərinə yekun vurub

İmamət İSMAYILOVA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!