Qaradağ rayonunda 48 ədəd kombi oğurlayan şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Qaradağ rayonunda 48 ədəd kombi oğurlayan şəxs saxlanıldı

Kriminal

20 Dekabr 2025 18:20 681


Qaradağ rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs bir yarımtikilidən ümumi dəyəri 1 400 manat olan inşaat materiallarını hissə-hissə oğurlayaraq satıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Qaradağ RPİ 11-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 42 yaşlı M.Mahmudov müəyyən olunaraq saxlanılıb. Ondan narkotik vasitə olan heroin də aşkarlanaraq götürülüb. Dördpendirli pizza

Aparılan araşdırmalarla saxlanılan şəxsin rayon ərazisində yerləşən anbarların birindən 48 ədəd kombi oğurlaması da məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!